top of page

Çölçü Klubu / Outdoorsman Club

Törəçi  - Eltən Qədimbəyli

Son vaxtlar məlum məlum telekanalların kütlə üçün populyar kültür -dəb kimi formalaşdırdığı süni mədəni cəryanlardan biri də Meşə-Dağ yuruşləri (Hiking),Düşərgə Obaçılıq (Camping) , Həyatda qalma (Survival) kimi müxtəlif adlarla bazara çıxarılan hobbilər toplusudur.
Əslində Türk kimliyi üçün heç də yeni olmayan bu anlayış bizdə Çölçülük adlanır.

                                                                           ÇÖLÇÜ " sosial klubu 


Klubun məqsədi fərdi inkişaf etmək istəyən milli təfəkkürlü işgüzar və yaradıcı adamları birləşdirməkdir.Sağlam həyat tərzi və fəlsəfəsini təbliğ edən bu klub,öz üzvlərinin həyatlarını asanlanlaşdıracaq və rəngləndirəcək lahiyələr həyata keçirəcək.
Klub üzvləri hər ay klubun təşkilati və tanıtım işləri üçün üzvlük haqqı ödəyəcək. 
Klubun həyata keçirəcəyi layihələr.


1) Zərərli vərdişləri tərgitmək təlimləri 
2) Fərqli İdman növləri ilə məşgul olmaq
3) Maraqlı yerlərə səyahətlər,yürüşlər
4) Müxtəlif peşələrlə tanışlıq 
5) Tanınmış insanlarla görüşlər
6) Müxtəlif sosial layihələri reallaşdırmaq 
7) Biznes ideyaları üçün beyin fırtınaları
8) Fotossesiyalar 
9) Maraqlı faydalı Sənədli və Bədii Film baxışları 
10) Qarderob və İmic təlimləri 
11) Audiokitab Bankı -
12 ) Ailəvi əyləncələrin təşkili, Teatr,uşaq əyləncə mərkəzləri,konsertlərə biletlərin təşkili
14) Lazımsız əşyaların mübadiləsi 


"ÇÖLÇÜ" klubu sizin ətrafınızda real sosial şəbəkə yaradacaq,bu şəbəkə istər şəxsi istərsə də işgüzar həyatınızda qarşınıza çıxan problemləri çox daha asan həll etmənizə kömək edəcək.Ətrafınızda sizin kimi intillektual,aktiv,pozitiv və güclü insanların toplanması sizi özünüzü mükəmmələşdirmək üçün güclü motivasiya edəcək.Unutmayın güc bilikli birlikdədir.Bundan əlavə klubun mütəmadi olaraq təşkil edəcəyi Oba-lar (Camp-düşərgələr) gündəlik monotonlaşmış həyatdan uzaqlaşıb , təbiətin mənzərəli guşələrində həm istirahət etməyinizə həmdə işinizlə bağlı yeni ideyalar tapmağınız üçün ideal mühit olacaq.
Klub tərəfindən təşkil olunmuş Obada iştirakçıların məşğul olduğu sahələri nəzərə alınacaq.Obada həm maraqlı mövzular muzakirə olancaq həm də iştirakçıların əylənməsi üçün şərait yaradılacaq. Bu obalar sizin və uşaqlarınızın həm ruhi həm də fiziki sağlamlığına çox faydalı olacaq.
"ÇÖLÇÜ " klubu özünü inkişaf edirmək istəyən şəxslər üçün geniş prespektivlər açacaq

Çölçü Klubu - 1-ci buraxılış

"Çölçü Klubu" (Sənədli film-veriliş)
Çölçü / Müəllif Rejissor - Eltən Qədimbəyli
Görüntü Rejissoru və Montaj - Azər Kazımov
Qrafika - Zahir Kərimov
Məkan: Quba/ Amsar kəndi.

Çölçü Klubu - 2-ci buraxılış

Çölçü / Müəllif Rejissor - Eltən Qədimbəyli
Görüntü Rejissoru və Montaj - Azər Kazımov
Qrafika - Zahir Kərimov
Məkan: Quba/ İspik kəndi.
"Çölçü Klubu" Dekabr 2015-ci il buraxılışı.
©Creative Services 2015
https://www.facebook.com/QafqazGencle...

Çölçü Klubu - 3-ci buraxılış

Törəçi / Müəllif - Eltən Qədimbəyli
Görüntü Rejissoru və Montaj - Azər Kazımov
Operator - Murad Əkbərov
Redaktorlar - Kürçaylı Məmmədov Turanə İsmayılzadə
Qrafika - Zahir Kərimov
Koordinator - Orxan Əliyev
Məkan: Quba/ İspik kəndi.
©Creative Services 2016
Official Facebook Page :https://www.facebook.com/QafqazGencle...

bottom of page