top of page

Quba soyqırımı

Quba soyqırımı — Qubada ermənilər tərəfindən törədilən soyqırımdır. 2007-ci ildə, şəhər stadionun təmiri üçün qazma işləri aparılarkən kütləvi qəbiristanlıq aşkar edilmişdir və işlər təxirə salınaraq bölgəyə mütəxəssislər cəlb edilmişdir. Qazma işləri davam etdirilir.

Qubadakı məzarlıqda tapılan sümüklərin ermənilərin 1918-ci ildə törətdiyi soyqırımı qurbanlarına aid olduğu təsdiqlənib

Quba şəhər stadionunun direktoru Ələddin Mirzəyevin sözlərinə görə, bu ərazidə heç vaxt qəbristanlıq olmayıb. Ən dəhşətli məqam isə aşkar edilmiş ərazidə insan kəlləsinin və bədəninin sümüklərinin ayrı-ayrı basdırılmasıdır. Bu da onların başlarının xüsusi qəddarlıqla kəsildiyini göstərir. Tapıntıdan sonra stadionda işlər dayandırılıb.

                             Arxeoloqların fikri

 

  • "Qubadakı kütləvi məzarlıqda aşkar edilən iki arx skeletlərlə doludur. Bu, ermənilərin 90 il əvvəl Qubada soyqırım həyata keçirdiyini sübut edir. İnanın ki, dəhşətdən burada işləyə bilmirik. Hər qarış torpaqda görünməmiş vəhşiliklə rastlaşırıq". Bu sözləri APA-ya açıqlamasında Qubada aşkar edilən kütləvi məzarlıqda tədqiqat aparan ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev deyib.

  •  

  • "Qubada tədqiqat aparan ekspedisiyanın yekun arayışı bu gün instituta təqdim olunub. Sümüklərin antropoloji tədqiqatı onların müsəlmanlara aid olduğunu təsdiqləyib".

Bu sözləri APA-ya eksklüziv açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova deyib. M. Rəhimovanın bildirdiyinə görə, bu məzarlıq ermənilərin1918-ci ildə Qubada törətdikləri qətliamların üzə çıxan bir hissəsidir.

 

  • "Quba ərazisində, Qudyalçayın sağ sahilində idman kompleksinin yenidən tikilməsi zamanı üzə çıxan insan sümüklərinin töküldüyü yerə məzarlıq demək olmaz. Çünki insan sümükləri bir-birinin üstündə tapılıb. Sümüklər çayın sahilindəki iki quyuda aşkarlanıb. Böyük quyunun diametri 5, kiçik quyunun diametri isə 2,5 metrdir. Quyular arasında 2 metr məsafə var. Böyük quyuda yüzlərlə insan skeletləri tökülüb. Skeletlərin bütöv halda tapılmaması insanların öldürüldükdən sonra, sanki şaqqalanaraq bura atıldığını göstərir". Bu sözləri isə APA-ya açıqlamasında Qubada tədqiqat aparan elmi ekspedisiyanın üzvü, tarix elmləri namizədi Əsgər Əliyev deyib.

Ə. Əliyevin bildirdiyinə görə, çoxlu insan kəlləsi, uşaq sümükləri arasından yalnız 35 skeleti bütöv halda götürmək mümkün olub. Quyudan insana aid olan hər hansı bir sübut – saç, geyim, əşya tapılmayıb. "Çox güman ki, birinci quyu insan sümükləri ilə dolduğuna görə, yanında ikinci kiçik quyu qazılıb. Kiçik quyunun ağzı isə hələ açılmayıb", - deyən Ə. Əliyev nəticələrin yerli təşkilatlara təqdim olunduğunu bildirib.

Sümüklərin tədqiqatı zamanı ölüm faktının nə vaxt baş verdiyi dəqiqləşib. Arxeoloqun bildirdiyinə görə, qədim sümüklərdə sementləşmə gedir, amma Qubada tapılan sümüklər hələ nəmliyini qoruyub. Bu isə ölüm tarixinin təxminən 80-90 il öncə olduğunu üzə çıxarır. Quyunun ətrafının ilkin tədqiqi nəticəsində qətliamların burda baş vermədiyi güman olunur: "Ermənilər qətliamların üstünü örtmək üçün, çox güman ki, suyun yuyub aparacağı gümanı ilə sümükləri çayın sahilinə töküblər". Ə. Əliyev elmi ekspedisiyanın fəaliyyətinin başa çatdığını, məsələ ilə bağlı dövlət komissiyasının yaranmasının zəruri olduğunu bildirib.

Quba Soyqırımı Memorial Kompleksi

Quba Soyqırımı Memorial Kompleksi – 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb.

Quba Soyqırımı Memorial Kompleksi

                                                                 Tarixi

 

İlham Əliyev kompleksinin açılışında

30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında sərəncam imzalayıb.[1]

2013-cü il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Quba Soyqırımı Memorial Kompleksinin açılışın ediblər

bottom of page