top of page

Quba Xəbərləri

17.02.2016

                 Qubada  İkinci zona üzrə Şahmat yarışlar davam edir

 

Təhsil Nazirliyinin dəstəyi ilə respublikanın müxtəlif bölgələrində komandalar təşkil olunur və zona yarışları keçirilir. Quba da təşkil olunan zona yarışında 10 komanda iştirak edir. Fevralın 15 dən başlayan yarışlardan artıq 3 cü tur başa çatıb. Hələki oyuna liderlik edən Quba 1 və Quba 2 komandalarıdı.

Onu da qeyd edək ki, zona birinciliyi uğurunda gedən yarışlar fevralın 22-də yekunlaşacaq, 1-ci və 2-ci yeri tutan komandalar isə finala vəsiqə qazanacaqlar.

 

Daha Ətraflı " Xəyal "Tv da - "Zaman" İnformasiya proqramının 19:30 olan buraxlışında izləyə bilərsiniz .

17.02.2016

                                        Zibil atdım izi qala...

 

Bu günün havanın günəşli olduğunu görüb çəkiliş qrupumuzla bir az piyada gəzmək qərarına gəldik. Yolumuzu təsadüfən rayonun Əliqulu Nərimanov küçəsindən salmışdıq ki, məktəblilərin ətrafda təmizlik apardıqları diqqətimizi çəkdi. Təmiz şəhər uğrunda yeniyetmələrin bu fədakarlığı bizi sevindirdiyi üçün yaxınlaşıb marifləndirmə xarakterli bir süjet də çəkmək qərarına gəldik. Çəkiliş vaxtı isə məlum oldu ki, 2 saylı liseyin şagirdləri böyük tənəfüsdə və ya texnalogiya dərslərində fürsət bilib liseyin ətrafında təmizlik aparırlar. Səbəb isə yaxınlıqda yaşayış məntəqələrinin tullantılarının bu əraziyə atılması nəticəsində xoşagəlməz mənzərəsinin qarşısının alınmasıdı. Bu əraziyə atılan məişət tullıantıları burada təhsil alan uşaqların sağlamlığı üçün nə dərəcədə zərəlidisə, üfunət qoxusuna toplanan itlər də burada təhsil alan uşaqlar üçün bir o qədər təhlükə yaradır

 

Çəkiliş zamanı məlum olduki, Mirzəbaba Thirov və ğamalıoğlu küçələrindəki vəziyyət də buradan heç də geri qalmır. Vətəndaşlar isə burada zibilqabılarının olmaması üçün zibili hara gəldi atma məcburiyyətində qaldıqlarını və atılan zibilin də zamanında daşınmadığından şikayət etdilər

 

Məsələ ilə bağlı abadlıq və sanitariya işləri ilə məşğul olan quruma müraciət etdik. Buradan bildirildi ki, həmin ərazidə yaşayan insanlar komunal xərclərin ödəməkdən boyun qaçırdıqları üçün həmin ərazidən zibil toplanılması qəliz məsələyə çevrilib. Ödəniş olunmayan ərazidən zibil toplamaq üçün qurumun əlavə vəsaitləri yoxdu.

 

Qurum tərəfindən Məişət tullantılarının adları sadalanan küçələrdən bundan sonra bacardıqca mütəmadi daşınacağı bildirilsə də yenə də buranın  məişət tulanttı qalıqlarına qərq olunmaması üçün əsas məsuliyyət burada yaşayan insanların üzərinə düşür. Unutmayaq ki, şəhərdə izimizi zibillə yox, gözəl əməllərimizlə qoymalıyıq. O ki qaldı sahibsiz itlərin yaratdığı problemlərə hazırda bu itlərin vurulması qadağan olunduğu və belə heyvanların küçələrdən toplanıb saxlanması

 

Daha Ətraflı " Xəyal "Tv da - "Zaman" İnformasiya proqramının 19:30 olan buraxlışında izləyə bilərsiniz .

bottom of page