top of page

«Quba-Xaçmaz zonası» adlanan bölgə Azərbaycanın şimal-şərqində Bakıdan bir qədər şimalda, tarixən Quba xanlığının yerləşdiyi ərazidir. 


Bu regionun məşhurluğunun artması bir də onunla izah edilir ki, burada bütün yay boyu və payızın əvvəllərində müxtəlif tərəvəz, göyərti olur. Burada çoxlu müxtəlif növ dərman bitkiləri yetişir. Dağ meşələrində və çəmənliklərdə pişikquyruğu, cır moruq, yemişan, ardıc, xınaçiçəyi, quş üzümü, yağı otu, bağayarpağı, gülxətmi, gəndəlaş, dəlibəng və bir sıra başqa qiymətli bitki növləri yetişir. Bölgə daha çox xalq seleksiyası yolu ilə onlarla meyvə növü yetişdirilmişdir. Bunlara “Cibir alması”, “Cırhacı alma”, “Şirvan gözəli”, “Mehdiqulu cır alması”, “Qış qar armudu”, “İspik armudu”, “Nar armudu”, “Abasbəyi”, “Yay qar armudu”, “Sərçə Əbud armud” və s. nümunə ola bilər.


Qubada xalçaçılıq geniş yayılmışdır. Quba xalçalarının ən parlaq kompozisiyaları " Qədim-Minarə", "Qımıl", "Alpan", "Qollu-çiçi", "Pirəbədil", "Hacıqayıb", "Qırız", "Cek" və s.-dir. 
Bölgədə xovsuz (“quru”) və xovlu (“ətli”) xalçalar yayılmışdır. Xovsuz xalçalardan “sumax” Qusarda daha çox toxunur. Keçmişdə bölgədə kəndir istehsalı və dulusçuluq sənəti də inkişaf etmişdi. Digər sənətkarlıq növlərindən ağacişləmə və kömürbasma qeyd olunmalıdır.


Bu bölgədə təzə balıq və başqa qida məhsulları bol olur. Quba tıxması mətbəxin ən məşhur yeməklərindəndir. Məşhur yeməklərdən biri də "həlimaşı"dır. Bu xörək buğdadan bişirilir, içinə ət parçaları qatılır. Süfrəyə verildikdə içərisinə əridilmiş kərə yağı qatıb yeyilir, əsasən qışda bişirilən yeməkdir.
Bu bölgədə müxtəlif etnik xalqlar yaşayır. Bir-brinə qaynayıb-qarışan xalqların adət-ənənələri də oxşardır. Ən geniş yayılmış fərqli adət Quba və Qusar rayonlarının bəzi kəndlərində toy günü gəlinə bal yedizdirilməsidir. Bu, şirinlik əlaməti hesab olunur.

Qubadakı milli adətlər

"Xınalqda qız toyu" - Qubadakı milli adətlər haqqında reportaj

▌▌►Website: http://kanal13.tv/

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gələcəyə Baxış" Avropaya İnteqrasiya İctimai Birliyi tərəfindən icra edilən "Milli adət və ənənələrin qorunmasında və dirçəldilməsində ənənəvi və yeni mediadan istifadə olunması" layihəsi çərçivəsində hazırlanıb. Layihənin icrasına Kanal13 tərəfindən yardım edilib.

© Kanal13-ə məxsus hər hansı video material yalnız youtube.com/kanal13az hesabına link verilməklə yayımlana bilər. Materialların loqolu və ya loqosuz başqa youtube hesablarına, saytlara və ya sosial şəbəkələrə yüklənərək yayılması qanunla məsuliyyət yaradır və şikayət ediləcək.

Bakı ilə arasında məsafə                         168 km

 

Əhalisi                                                         157,6 min nəfər

 

Nə ilə getmək olar             Avtonəqliyyat: Bakı – Quba avtobusları – 3                                                 saat, Quba – Uzun meşə, Quba – Afurca,                                                Quba – Qəçrəş, Quba – Balbulaq, Quba –                                                                Tənqəaltı, Quba – Xınalıq

Yerinə görə paytaxta ən yaxın Azərbaycan rayonlarından biridir.  Uyğun mövqeyi (Bakıdan 168 km aralıda yerləşir) və zəngin infrastrukturu sayəsində Quba rayonu turistlərin ən çox sevdiyi istirahət yerlərindən biri sayılır. Sıx meşəli Qəçrəş,  coşqun axan   Vəlvələ çayının keçdiyi Təngaltı dərəsi, «Azərbaycanın təbii abidələri» siyahısına daxil edilmiş məşhur Afurca şəlaləsi qonaqların  sevimli istirahət yerləridir. Rayonun  yüksək dağlıq ərazisində dəniz səviyyəsindən 2500  m yüksəklikdə  nadir  Xınalıq kəndi yerləşir. Kəndin əhalisini özünə məxsus dili olan ayrıca etnoqrafik qrup təşkil edir. Qubada həmçinin dağ yəhudilərinin dünyada ən iri  icmalarından birinin yaşadığı məşhur Krasnaya Slaboda kəndi yerləşir. Quba qədimdən bəri onun simvoluna çevrilən  almaları ilə tanınır. Bundan başqa Quba  tanınmış xalçaçılıq mərkəzidir. Qubanın ətrafında çoxlu sayda memarlıq abidəsi var.  Bir vaxtlar bura tanınmış fransız yazıçısı Aleksandr Düma, yazıçı Bestujev-Marlinski, tanınmış norveç alim-səyyahı Tur Xeyerdal  səfər etmişlər. Quba bu gün də dünyanın hər yerindən gələn qonaqlara qapılarını qonaqpərvərliklə açmağa davam edir.

Quba, Bakıdan 168 km məsafədə, Böyük Qafqazın Şahdağının şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Uğurlu yerləşmə mövqeyinə və zəngin infrastrukturuna görə Quba rayonu turistlərin ən sevimli yerlərindən biridir. 
Buraya gələnlər Qəçrəş adlanan yeri çox bəyənmişlər. Burada kölgəli meşədə, Vəlvələçayın gur sularının axdığı, “Azərbaycan təbiətinin abidələri” siyahısına daxil edilmiş Afurcin şəlaləsinin olduğu Təngəaltı dərəsində istirahət etmək olar. 
Rayonun ərazisində dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən unikal dağ kəndi Xınalıq mövcuddur. Kəndin əhalisi dünyada yalnız onların danışdığı öz dili ilə ayrıca etnoqrafik qrup təşkil edir. Xınalığın yaxınlığında bənzəri olmayan daha bir dağ kəndi Qrız yerləşir. 
Qubada həmçinin dünya yəhudilərinin ən böyük icmalarından birinin yaşadığı məşhur Qırmızı Sloboda kəndi yerləşir. Bu kəndin sakinləri əsasən ticarətlə məşğul olur, kəndin hər yerində təmtəraqlı, öz gözəlliyi ilə göz qamaşdıran imarətlər ucaldılmışdır. 
Quba çoxdan bəri onun simvoluna çevrilmiş almaları ilə məşhurdur. Qubalılar iddia edir ki, burada 40-dan çox alma növü yetişir. 
Şəhər ətrafında çoxlu sayda memarlıq abidələri: Cümə məscidi, XVI əsrə aid məqbərə, Səkinə xanım məscidi, qədim hamamlar hələ də qalmaqdadır. Şəhərdə tarix muzeyi, XIX əsrin maarifçi, yazıçı və ictimai xadimi olan A.Bakıxanovun ev-muzeyi var. 
Bundan əlavə Quba xalçaçılığın tanınmış mərkəzidir. Yerli sakinlər əmindir ki, Çiçi, Ağ gül, Pirəbədil adlı Quba xalçaları Azərbaycanda ən yaxşı xalçalardır. 
Vaxtilə fransız yazıçı Aleksandr Düma, yazıçı Bestujev-Marlinski, məşhur Norveç alimi – səyyah Tur Xeyerdal Qubada olmuşdur. 
Bu gün Qubada ildən-ilə çoxalan qonaqların qəbul edilməsi üçün hər şey hazırdır. Turizm üzrə Quba informasiya mərkəzi istirahətə gələnlərə istənilən köməyi göstərir.

Qubam_ Azerbaycan

bottom of page